Geriyə zəng sifariş etmək
Həkimə sual vermək
Tibbi sənədləri əlavə edin

AORTA KORONAR ŞUNTLAMA

Aorta koronar şuntlama ya da koronar şuntlama (eng. Coronary-Artery-Bypass) cərrahi müdaxilə, ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədi ilə daralmış hissədən yan keçməklə körpü şuntunun qoyulması əməliyyatının adı.
Daralmış və ya tıxanmış koronar arteriyaların qidalandırdığı ürək əzələsi, orqanizmin müxtəlif yerlərindən (döş sümüyünün arxasından, qoldan, baldırdan və s.) əldə edilən damarlar vasitəsilə yenidən qidalandırılır. Aorto-koronar şuntlama – ürəyin işemik xəstəliyinin radikal müalicə üsüllarından ən effektivli hesab olunur. Belə ki, bu əməliyyat xəstələrə daha uzun ömür, daha komfortlu və təhlükəsiz həyat bəxş edir.

İSRAILIN APARICI KLINIKALARINDA
AORTA KORONAR ŞUNTLAMA

Ürəklə bağlı şikayətləriniz olduğunda və ya keçirilmiş infarktdan sonra kardioloqlar müvafiq müayinələr təyin edir. Koronarangioqrafiya  etməklə ürəyi qidalandıran damarların rentgen görüntüsü alınır. Angioqrafiyadan sonra ürəyi qidalandıran 2 damarınızda və onların şaxələrində daralma və ya tam tutulma olub olmadığı və stentlə açılmasının mümkünlüyü qiymətləndirilir. Əgər stent qoyulması hər hansı bir səbəbdən məqsədə uyğun olmadıqda koronar şuntlama əməliyyatına qərar verilir. Əgər angioqrafiyanın nəticəsinə görə xəstənin damarlarına stent implantasiyası mümkün olarsa, lakin paralel olaraq ürək qapaqlarında daralma və ya çatışmazlıq, ürək boşluğunda tromb və ya ürəkdən çıxan damarlarda anevrizmatik genişlənmə varsa yenə də Aorta koronar şuntlama – açıq ürək əməliyatına qərar verilir

 

AORTA KORONAR SUNTLAMA
ƏMƏLİYYATININ GEDİŞİ

Əməliyyat ümumi intubasion narkoz altında icra edilir. Giriş narkozdan sonra hər bir xəstəyə mərkəzi venoz kateter və invaziv qanlı Korotkov üsulundan istifadə etməklə qan təzyiqini fasiləsiz ölçmək üçün mil arteriyasına kateter qoyulur. Əməliyyat döş sümüyünün yarılması sternotomiya ilə başlayır ( sol tərəfli torakotomiya – qabırğalararası sahəni yarmaqla da mümkündür). Paralel olaraq döş qəfəsinin daxili arteriyası və eyni zamanda ayaq venası ya da mil arteriyası şunt üçün preparasiya olunaraq hazırlanır. Döş qəfəsinin daxili arteriyası hazır olduqda xəstəyə 10 000 TV heparin vurulduqdan sonra sıxaca götürülür. Sonrakı mərhələ süni qan dövranı aparatına qoşulmaqdan ibarətdir: tam heparinizasiya; aortanın və boş venaların kanulyasiyası; kardioplegiya və s. Ürək tam dayandıqdan sonra müvafiq şunt materialları müvafiq tac damarlarına tikilir. Daralmış damarların sayından və daralma yerlərindən asılı olaraq 1-5 sayda şuntlar qoyulur. Sonrakı mərhələ ürəyin təzədən işə salınmasından, süni qan dövranından çıxışdan, qanda olan qalıq heparininneytrallaşdırılmasından, hemostazdan və döş qafəsinin tikilməsindən ibarətdir

İSRAİLİN ƏN YAXŞI HƏKİMLƏRDƏ
AORTA KORONAR ŞUNTLAMA

Lakin vaxtında lazım olan müalicə aldıqda xəstə özünü bu ağır fəsadlardan və cərrahi müalicənin tətbiqindən sığortalaya bilər.
Müsbət bir nəticə əldə etmək üçün AORTA KORONAR ŞUNTLAMA – ni təxirə salmaq deyil, dərhal başlamaq lazımdır. İsrail klinikalarda müalicəsinin formasını seçmək üçün xəstə ilə müzakirə aparılır və birlikdə təyin olunur. Bizim xəstələrimizin və onların yaxınlarınızın ümumi vəziyyəti bizim üçün çox vacibdir. Buna görə bütün müalicə zamanı klinikanın heyəti xəstəyə lazım olan köməyi, dəstəyi və istənilən suallara cavab verməyə hazırdır.

Digər yazılar

Müalicənin dəqiq qiymətini öyrənmək

Tibbi sənədləri əlavə edin
Рейтинг@Mail.ru